×
A
A
A
Sazlamalar

“Talelər qovuşanda” tamaşası 135-ci dəfə göstəriləcək

Bakı, 5 fevral, AZƏRTAC

Yarım əsrdən çoxdur ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında uğurla nümayiş olunan “Talelər qovuşanda” ikihissəli operetta bu dəfə fevral ayının 6-da yenidən oynanılacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uzun illərdir Xalq artisti Rauf Hacıyevin ölməz musiqilərinin sədaları altında, müxtəlif rejissorların yozumunda təqdim olunan tamaşanın sonuncu quruluşu mərhum rejissor Faiq Zöhrabova aiddir .
135-ci dəfə teatrsevərlərin görüşünə hazırlaşan səhnə əsərində rolları Əməkdar artist Novruz Qartal, aktyorlar – Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Hüseyn və Gültac Əlililər, Şaban Cəfərov, Emil Heydərov, Güldanə Əzimova, Türkel Tariqpeyma, Elçin İmanov, Fərid Rzayev, Elməddin Dadaşov ifa edəcək.
Balet və xor artistləri də həmişə olduğu kimi, tamaşaya xüsusi ahəng qatacaq.

Teatr və kino 2020-02-05 17:08:00