×
A
A
A
Sazlamalar

Alimlər ilk dəfə süni ilan zəhəri hazırlayıblar

Bakı, 1 fevral, AZƏRTAC

Tədqiqatçılar ilk dəfə laboratoriyada ilan zəhəri toksinləri istehsal edə biliblər. Əsl ilanların yetişdirilməsini tələb etməyən bu istehsal üsulu tibb üçün əvəzolunmaz hesab edilir.
AZƏRTAC ict.az saytına istinadla xəbər verir ki, zəhər toksinləri insan orqanlarının yaranmasına uyğunlaşdırılmış texnologiya sayəsində əldə edilən mini vəzlərdən hazırlanır.
Tədqiqatçı qrupu Cənubi Afrikadan gətirilən flap kobrası və yeddi digər ilan növünün vəzlərini bərpa edə bilib. Onların fikrincə, yeni yanaşma zəhər hazırlamaq üçün mövcud üsullar arasında çoxdan gözlənilən yenilikdir.
Belə ki, tədqiqatçılar süni ilan zəhərini kiçik ilan vəzlərinin böyüməsini dəstəkləyən optimal rejimlə hazırlayıblar. Parçalar ilan embrionlarından çıxarılaraq kök hüceyrələrə girmədən qida ilə qarışıq olan xüsusi gelə yerləşdirilib. Daha sonra hüceyrələr sürətlə bölünməyə və bir neçə ay ərzində zəhərli toksinlərin toplana biləcəyi kiçik damlalar meydana gətirən formalar yaratmağa başlayıb. Tədqiqatçılar süni şəkildə böyüdülmüş zəhərli vəzlərdə dörd fərqli hüceyrə aşkar ediblər. Onlar istehsal edilən zəhərli peptidlərin bioloji cəhətdən aktiv olduğunu və canlı ilan zəhərində olanlara bənzədiyini təsdiqləyiblər.

Texnologiya 2020-02-01 12:42:00