×
A
A
A
Sazlamalar

“Azərkosmos” keçən il 27 ölkəyə 43,4 milyon dollarlıq xidmət ixrac edib

Bakı, 29 yanvar, AZƏRTAC

2019-cu ildə “Azərkosmos” ASC tərəfindən 27 ölkəyə 43,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. Ötən ilin dekabr ayında isə ASC 22 ölkəyə 2,9 milyon dollarlıq xidmət ixrac edib. 2018-ci illə müqayisədə keçən il “Azərkosmos”un xidmət ixracı 70 faiz artıb.
ASC-nin 2018-ci il ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri və digərləri olub.

 

İKT 2020-01-29 12:44:00