×
A
A
A
Sazlamalar

Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ olub

Bakı, 29 yanvar, AZƏRTAC

Karib dənizinin Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri adanın qərbində Lusea şəhərindən 125 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
“Reuters” agentliyinin məlumatına görə, Amerika sunami xəbərdarlığı mərkəzi Yamayka, Kuba və Kayman adalarının əhalisinə müvafiq təhlükə barədə xəbərdarlıq edib.

Dünya 2020-01-29 00:36:00