×
A
A
A
Sazlamalar

“Masters” turnirində şahmatçılarımızdan 1 qələbə, 1 məğlubiyyət

Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalında “Masters” turnirinin səkkizinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarından Vasif Durarbəyli türkiyəli Cəmil Can Əli Marandini məğlub edərək xalların sayını 5,5-ə çatdırıb. Təmsilçimiz Şəhriyar Məmmədyarov isə hindistanlı Rameşbabu Praqnanandha ilə oyuna çıxmadığı üçün ona texniki məğlubiyyət verilib.
Ötən səkkiz turun nəticələrinə görə V.Durarbəyli 5,5, Ş.Məmmədyarov 5 xal toplayıblar.
On turdan ibarət “Masters” turnirinə 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

İdman 2020-01-28 23:40:00