×
A
A
A
Sazlamalar

Ukrayna telekanallarının birində Azərbaycan dilində verilişlər yayımlana bilər

Bakı, 28 yanvar, AZƏRTAC

Ukraynada fəaliyyət göstərən telekanalların birində Azərbaycan dilində verilişlər yayımlana bilər.
AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynli Ukraynanın Televiziya və Radio Yayımı Dövlət Komitəsinin sədri Oleq Nalivayko ilə görüşdə belə bir təkliflə çıxış edib. E.Hüseynli bildirib ki, Ukraynada təxminən 500 minə yaxın azərbaycanlı yaşadığından telekanalların birində Azərbaycan dili redaksiyasının yaradılması məntiqə uyğundur. Ukrayna qanunvericiliyinə görə, ölkədə yaşayan çoxsaylı milli azlıqların ana dillərində verilişlər yayımlanması mümkündür. Buna görə də telekanalların birində Azərbaycan dilində verilişin yayımlanması üçün Ukrayna dövləti müvafiq kömək göstərə bilər.
O.Nalivayko, öz növbəsində, Azərbaycan və Ukrayna arasında bütün sahələrdə olduğu kimi, media sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. O bildirib ki, AZƏRTAC tərəfindən irəli sürülən təklif dəyərələndiriləcək.

Cəmiyyət 2020-01-28 20:00:00