×
A
A
A
Sazlamalar

Fransalı yarımmüdafiəçi Hatem Ben Arfa karyerasını “Valyadolid” klubunda davam etdirəcək

Bakı, 28 yanvar, AZƏRTAC

İspaniyanın “Valyadolid” futbol klubu fransalı yarımmüdafiəçi Hatem Ben Arfanı heyətinə cəlb edib.
AZƏRTAC xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək qüvvədə olan müqavilə imzalanıb.
Ben Arfa karyerası ərzində “Olimpik Lion”, “Paris Sen-Jermen”, “Nyukasl”, “Marsel” klublarının şərəfini qoruyub. Yarımmüdafiəçi ötən mövsüm “Renn”in heyətində keçirdiyi 41 matçda 9 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Valyadolid” klubunun prezidenti braziliyalı dünya çempionu Ronaldo Luis Nazariodur.

İdman 2020-01-28 19:28:00