×
A
A
A
Sazlamalar

Atletika üzrə 37-ci qış çempionatının komanda hesabında qalibləri müəyyənləşib

Bakı, 28 yanvar, AZƏRTAC

Respublika Olimpiya Mərkəzində keçirilən atletika üzrə 37-ci qış çempionatının komanda hesabında qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, çempionatda “Təhsil RİM 5 №-li İOEUGİM” komandası bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Təhsil RİM 1 №-li RİOEUGİM” komandası ikinci, “Ümid” idman klubu isə üçüncü pillədə qərarlaşıblar.
Qalib komandalar Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.

İdman 2020-01-28 18:59:00