×
A
A
A
Sazlamalar

“Sabah” klubu Moldova millisinin yarımmüdafiəçisini transfer edib

Bakı, 28 yanvar, AZƏRTAC

Paytaxtın “Sabah” klubu Moldova millisinin yarımmüdafiəçisi Yevgeni Koçuku transfer edib.
AZƏRTAC xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi paytaxt klubu ilə 1,5 illik müqavilə imzalayıb. Y.Koçuk karyerası ərzində “Daçia” (Moldova) və “Jilina” (Slovakiya) klublarının uğurları üçün çalışıb. Yarımmüdafiəçinin sonuncu komandası “Səbail” olub.
Qeyd edək ki, Y.Koçuk 2015-ci ildən şərəfini qoruduğu Moldova millisinin heyətində 19 oyun keçirib.

İdman 2020-01-28 18:11:00