×
A
A
A
Sazlamalar

Avtomobildən pul və sənəd oğurlayan şəxslər yaxalanıblar

Bakı, 28 yanvar, AZƏRTAC 

Ötən il dekabrın 7-də Gəncə şəhərinin Nizami rayonunda “Ford” markalı avtomobildən 120 ABŞ dolları, 100 manat, 2 min rubl məbləğində pul və sənəd oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini E.Qurbanov rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən il dekabrın 10-dan 13-dək olan müddətdə Qaradağ rayonundakı üç həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri T.Rəhimli və E.Hüseynov rayon polis idarəsinin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onların ətraflarında aparılmış tədbirlərlə həmin şəxslərin rayonda daha üç kanalizasiya quyusunu, habelə Lökbatan qəsəbəsində su və kanalizasiya idarəsinə və “Bakı Telefon” MMC-yə məxsus quyuların qapaqlarını oğurlamaları da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırma aparılır.

 

Hadisə 2020-01-28 17:56:00