×
A
A
A
Sazlamalar

Nardaran qəsəbəsində avtomobildən pnevmatik tüfəng götürülüb

Bakı, 28 yanvar, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Daxili Qoşunlar Baş İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Nardaran qəsəbəsində Bakı şəhər sakini R.Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə baxış keçiriblər. Baxış zamanı nəqliyyat vasitəsindən “Cometa-100” markalı pnevmatik tüfəng aşkarlanaraq götürülüb və 42-ci polis bölməsinə təhvil verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Vəndam qəsəbə sakini M.Məmmədovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam edir.

Hadisə 2020-01-28 17:59:00