×
A
A
A
Sazlamalar

“Roma” klubu Rojer İbanesi icarə əsasında heyətinə cəlb edib

Bakı, 28 yanvar, AZƏRTAC

İtaliyanın “Roma” futbol klubu “Atalanta”nın müdafiəçisi Rojer İbanesi icarə əsasında heyətinə cəlb edib.
AZƏRTAC xəbər verir ki, 21 yaşlı braziliyalı müdafiəçi 2021-ci ilin yayınadək Roma təmsilçinin şərəfini qoruyacaq. “Roma” klubu R.İbanesin transferi üçün 8 milyon və bonus qismində əlavə 2 milyon avro ödəyəcək.
Qeyd edək ki, paytaxt klubu İtaliya çempionatında 21 turdan sonra 39 xalla dördüncü pillədə qərarlaşıb. R.İbanes cari mövsümündə “Atalanta”nın heyətində bir oyunda iştirak edib.

İdman 2020-01-28 17:49:00