Stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, çempionatın ilk günündə komanda yarışları keçirilir.
Ölkə çempionatında Bakı (5 komanda), Sumqayıt (3 komanda), Şirvan, Salyan, Masallı və Şəki komandaları mübarizə aparırlar.
Yarışlarda, ümumilikdə 80-ə yaxın idmançı gücünü sınayır. Yarış şəxsi-komanda xarakteri daşıyır. Çempionata yanvarın 31-də yekun vurulacaq.
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib