×
A
A
A
Sazlamalar

“Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı, 28 yanvar, AZƏRTAC

Türkiyənin “Ankaragücü” futbol klubunun yeni baş məşqçisi bəlli olub.
AZƏRTAC xəbər verir ki, Ankara təmsilçisini 61 yaşlı Mustafa Reşit Akçay çalışdıracaq. Mütəxəssis bu vəzifədə bir neçə gün öncə istefaya göndərilən Mustafa Kaplanı əvəz edəcək.
M.Akçay karyerası ərzində “Trabzonspor” və “Konyaspor” kimi komandaları çalışdırıb.
Xatırladaq ki, “Ankaragücü” hazırda Türkiyə çempionatında 19 oyundan sonra 13 xalla 17-ci pillədə qərarlaşıb.

İdman 2020-01-28 17:07:00