×
A
A
A
Sazlamalar

Ötən il respublika ərazisində 73 partlayış hadisəsi baş verib

Bakı, 28 yanvar, AZƏRTAC

Ötən il respublika ərazisində 73 partlayış hadisəsi baş verib. Bu da 2018-ci illə müqayisədə 4 hadisə və ya 6 faiz çoxdur.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, partlayışlar zamanı 12 nəfər həlak olub, 103 nəfər xəsarət alıb. Bu hadisələrdən 45-i fərdi yaşayış evlərində, 2-si fərdi evin yardımçı tikililərində, 13-ü çoxmənzilli yaşayış binalarında, 7-si sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 3-ü istehsalat obyektlərində, 1-i nəqliyyat vasitələrinin saxlanılma və təmiri obyektlərində, 1-i sərnişin avtonəqliyyat vasitələrində, 1-i elektrik enerji avadanlığında, qalanları isə digər obyektlərdə qeydə alınıb.

Hadisə 2020-01-28 16:36:00