×
A
A
A
Sazlamalar

İstanbulda 30 nəfər FETÖ üzvünün saxlanılması istiqamətində əməliyyat keçirilib

İstanbul, 27 yanvar, AZƏRTAC

İstanbulda FETÖ terror təşkilatının kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etməkdə şübhəli bilinən 30 nəfərin saxlanılması istiqamətində əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində şübhəli bilinən şəxslərdən 13-ü İstanbulda, biri isə Sakaryada ələ keçirilib.
Şübhəlilərdən dördünün Türkiyə ərazisini tərk etdiyi müəyyən olunub. Digər şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-01-27 14:32:00