×
A
A
A
Sazlamalar

ABŞ-ın İraqdakı səfirliyinin raket atəşinə tutulması nəticəsində 3 nəfər yaralanıb

Tehran, 27 yanvar AZƏRTAC.

ABŞ-ın İraqdakı səfirliyinin raket atəşinə tutulması nəticəsində 3 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu açıqlama ilə İraq Prezidenti Adil Əbdülmehdi çıxış edib.
O bildirib ki, raket zərbələrindən sonra ABŞ-ın Bağdaddakı hərbi bazasından hadisə baş verən yerə helikopter göndərilib. Səfirliyin həyətinə enən helikopter yaralıları götürərək səhra xəstəxanasına çatdırıb. Səfirliyin yeməkxanasında isə yanğın baş verib.
Prezident diqqətə çatdırıb ki, belə mənfi hallar İraqda sabitliyin yaradılmasına imkan vermir.
A. Əbdülmehdi Bağdadın səfirliklər və hökumət binaları yerləşən “Yaşıl bölgə” adlanan ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqqında təlimat verdiyini də qeyd edib.
Xatırladaq ki, İraqın iri şəhərlərində başlayan kütləvi aksiyalar artıq iki aya yaxındır davam edir. Aksiya iştirakçıları başda ABŞ olmaqla, bütün xarici dövlətlərə məxsus hərbi birləşmələrin ölkədən çıxarılmasını tələb edirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-01-27 14:20:00