×
A
A
A
Sazlamalar

Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb

Bakı, 27 yanvar, AZƏRTAC 

Əfqanıstanın şərqində “Ariana Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə 1TV telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Qəzni əyalətinin qubernatoru Arif Nuri bildirib ki, hadisə Dex Yak rayonunda baş verib.
“Ariana News”un məlumatına görə, təyyarənin göyərtəsində 83 sərnişin olub. Hadisə baş verən ərazinin “Taliban” hərəkatının nəzarətində olduğu bildirilir.
Hələlik digər təfərrüatlar açıqlanmır.

Dünya 2020-01-27 14:15:00