×
A
A
A
Sazlamalar

Vışeqrad qrupu ölkələrinin XİN başçılarının V4+ formatında növbəti görüşü olacaq

Budapeşt, 27 yanvar, AZƏRTAC

Vışeqrad qrupuna üzv ölkələrin (Macarıstan, Slovakiya, Çexiya və Polşa) Xarici İşlər nazirlərinin V4+ formatında növbəti görüşü bu həftə Çexiya paytaxtında təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu dəfə ənənəvi “plyus” Misir olacaq. Görüşə ölkənin Xarici İşlər naziri Samih Şükri qatılacaq.
Xatırladaq ki, Vışeqrad dördlüyünə üzv ölkələrin XİN başçılarının iclası ənənəvi olaraq V4+ formatında keçirilir. İclasda qrupa üzv olmayan dövlətlərdən birinin Xarici İşlər nazirinin iştirakı nəzərdə tutulur.
Misir XİN-in başçısının iştirakı ilə keçiriləcək növbəti görüşdə Yaxın Şərq və Şimali Afrikada vəziyyət, bu vəziyyətin Avropa İttifaqı üçün fəsadları müzakirə olunacaq.

 

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2020-01-27 13:38:00