×
A
A
A
Sazlamalar

Hindistan peyk əleyhinə silahlarını nümayiş etdirib

Bakı, 27 yanvar, AZƏRTAC
Hindistanda respublikanın yaranmasının 71 illiyi münasibətilə paytaxt Dehlidə hərbi parad keçirilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, paradda Hindistan ordusunun müxtəlif silahları nümayiş olunub.
Parad zamanı Hindistan ordusuna məxsus “Bhishma” döyüş tankı , “Ballway Machine Pikate” piyada döyüş maşını və hərbi hava qüvvələrinin “Rafale” qırıcı təyyarələri, “Chinook” və “Apache” helikopterləri diqqət çəkib.
Paradda ilk dəfə olaraq peyk əleyhinə silahlar da nümayiş olunub.

Dünya 2020-01-27 13:40:00