×
A
A
A
Sazlamalar

İranda sərnişin təyyarəsi qəza enişi edib

Tehran, 27 yanvar, AZƏRTAC

İranın “Caspian” aviasiya şirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib.
AZƏRTAC xəbər verir ki, təyyarə havaya qalxdıqdan az sonra mühərrikdə yanğın başlayıb. Pilotlar təcili eniş ediblər və sərnişinlər təxliyə olunub.
İranın Mülki Aviasiya Təşkilatı hadisə ilə əlaqədar araşdırmalara başlayıb. İlkin versiyaya görə, yanğın texniki səbəblərdən baş verib.
ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanksiyalar aviasiya şirkətlərinə yeni təyyarələr və ehtiyat hissələri almağa imkan vermir.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-01-27 13:27:00