×
A
A
A
Sazlamalar

Misirli nazir BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin baş direktoru təyin edilib

Bakı, 27 dekabr, AZƏRTAC 

Misirin Sosial Həmrəylik naziri xanım Qada Vali BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) baş direktoru təyin edilib.
AZƏRTAC “Egypttoday” portalına istinadla xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu münasibətlə Qada Valini qəbul edib. Prezidentin sözçüsü Bəssam Radi bildirib ki, dövlət başçısı Qahirənin narkotiklərin qanunsuz dövriyyəsi və cinayətkarlıqla mübarizəyə böyük əhəmiyyət verdiyini, bu sahədə BMT-nin müvafiq strukturları ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.
BMT-nin Baş katibi Antonio Quterreş hələ ötən ilin noyabrında Qada Valinin UNODC-un baş direktoru təyin ediləcəyini bəyan etmişdi. Misirin sabiq naziri həm də BMT-nin Vyanadakı ofisinə rəhbərlik edəcək. O, bu vəzifədə Rusiyanın nümayəndəsi Yuri Fedotovu əvəz edəcək.
Qada Vali Ərəb Dövlətləri Liqasında Sosial Məsələlər üzrə nazirlərin Əlaqələndirmə Şurasına da rəhbərlik edib. O, ABŞ-ın Kolorado Universitetinin məzunudur.

Dünya 2020-01-27 12:16:00