×
A
A
A
Sazlamalar

Fevralın 1-dən köhnə smartfonlarda “WhatsApp” işləməyəcək

Bakı, 27 yanvar, AZƏRTAC

“WhatsApp” messencerinin tərtibatçıları köhnə mobil qurğuların dəstəyinin dayandırılması barədə qərar qəbul ediblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu il fevralın 1-dən “WhatsApp” “Android 2.3.7” və “iOS 8” köhnə mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfon və planşetləri dəstəkləməyəcək. Messenceri “Android 4.0.3” və ya “iOS 9” versiyalarda problemsiz istifadə etmək mümkün olacaq. “WhatsApp” messenceri “KaiOS 2.5.1” sistemli aparatlarda da işləyəcək.

İKT 2020-01-27 12:17:00