×
A
A
A
Sazlamalar

Türkiyədə dəyəri 2,5 milyon dollar olan “Tövrat” ələ keçirilib

İstanbul, 27 yanvar, AZƏRTAC
Türkiyənin Bursa şəhərində polis əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində qədim “Tövrat” kitabı ələ keçirilib.
AZƏRTAC xəbər verir ki, ceyran dərisi üzərində yazılmış kitab 2,5 milyon dollar dəyərində qiymətləndirilib.
Dini əsər satılmaq üzrə olarkən ələ keçirilib.
Faktla bağlı bir nəfər saxlanılıb.

 

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-01-27 12:19:00