×
A
A
A
Sazlamalar

Solomon adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ olub

Tokio, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Sakit okeanın cənub-qərb hissəsində, Solomon adalarının yaxınlığında 6,3 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yerli vaxtla saat 5:02 dəqiqədə qeydə alınan yeraltı təkanların episentrinin Kirakira yaşayış məntəqəsindən 105 kilometr şimal-qərbdə, ocağının 17,7 kilometr dərinlikdə yerləşdiyi bildirilir .
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2020-01-27 12:04:00