×
A
A
A
Sazlamalar

Ukraynada jurnalistin öldürülməsi Daxili İşlər naziri Arsen Avakovun istefasına səbəb ola bilər

Kiyev, 27 yanvar, AZƏRTAC

Jurnalist Pavel Şeremetin öldürülməsi Ukraynanın Daxili İşlər naziri Arsen Avakovun istefasının səbəblərindən biri ola bilər.
AZƏRTAC xəbər verir ki, bu fikri “RBC-Ukrayna”ya müsahibəsində Ali Radanın hüquq-mühafizə məsələləri komitəsinin rəhbəri Denis Monastırski söyləyib.
O deyib ki, A.Avakovun sınaq müddəti başa çatmayıb və bu gün fəaliyyətinə çox diqqətlə yanaşır. P.Şeremetin öldürülməsi Arsen Avakovun istefasının səbəblərindən biri olacaq. Ən azı bu işin miqyası, ictimai rezonans və şübhəlilər başqa bir seçim qoymur.
Xatırladaq ki, A.Avakov bundan əvvəl Ukraynanın Daxili İşlər Nazirliyinə gələcəkdə bir qadının rəhbərlik edə biləcəyini söyləyib. Daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski A.Avakovun sınaq müddəti üçün vəzifədə olduğunu bildirmişdi.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-01-27 11:55:00