×
A
A
A
Sazlamalar

Oğuz rayonunda dağlıq meşə ərazisində baş vermiş yanğın söndürülüb

Bakı, 26 yanvar, AZƏRTAC

Oğuz rayonunun Xalxal kəndi yaxınlığında dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları tərəfindən söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova AZƏRTAC-a bildirib ki, yanğın ümumilikdə 1 hektara yaxın ərazini əhatə etsə də, 30 sot sahədə kol-kos və quru ot örtüyü yanıb.

Ekologiya 2020-01-26 19:05:00