×
A
A
A
Sazlamalar

Əli Əsgər Zareani: İran uranın zənginləşdirilməsini davam etdirəcək

Tehran, 26 yanvar, AZƏRTAC

Yaxın günlərdə İran yeni sentrifuqaları işə salaraq uranın zənginləşdirilməsini davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Nüvə Enerjisi Təşkilatının nümayəndəsi Əli Əsgər Zareani deyib. O bildirib ki, “Ford” nüvə obyektində 1044 sentrifuqa var və onların 694-ü işləyir.
Ə.Ə.Zareani onu da qeyd edib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığını da davam etdirəcək. Onun sözlərinə görə, ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar aradan qaldırıldığı təqdirdə rəsmi Tehran 2015-ci ildə Qərb dövlətləri ilə imzaladığı saziş üzrə öhdəliklərini yerinə yetirərək nüvə proqramını dayandıra bilər.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-01-26 03:30:00