×
A
A
A
Sazlamalar

Qazaxlı gənclər şəhid anasına məişət işlərində kömək ediblər

Qazax, 25 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə qoşulan Qazax gəncləri bu aksiyanı uğurla davam etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu dəfə Çaylı kəndinə səfər edən gənclər şəhid anası Zeynəb Sanıyevaya məişət işlərində kömək göstəriblər.
Daha sonra Zeynəb nənə 1993-cü ildə Naxçıvanın Sədərək rayonunda xidməti vəzifə borcunu yerinə yetirərkən şəhid olan oğlu Elşad Sanıyev barədə gənclərə məlumat verib.
Gənclər ölkəmizin digər şəhər və kəndlərində yaşayan həmyaşıdlarını da “Könüllü qonaq” təşəbbüsünə qoşulmağa çağırıblar.
Qeyd edək ki, bu təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılması məqsədi daşıyır.

Regionlar 2020-01-25 18:13:00