×
A
A
A
Sazlamalar

Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 27-dən 31-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan parlamentinin nümayəndə heyəti sessiyada iştirak edəcək.
Sessiyada Büronun və Daimi Komitənin görülmüş işlərə dair hesabatı dinləniləcək, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Polşada demokratik institutların fəaliyyəti, Avropada jurnalistlərin təhlükəsizliyi, media azadlığı və digər mövzularda müzakirələr aparılacaq.
Azərbaycan deputatları müzakirələrdə çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
Sessiya çərçivəsində yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir də keçiriləcək.

Siyasət 2020-01-25 14:52:00