Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şahmatçılarımız “Masters” turnirində “sülh”ə razılaşıblar

Bakı, 24 yanvar, AZƏRTAC

Cəbəllütariqdə keçirilən beynəlxalq şahmat festivalının “Masters” turnirinin dördüncü turunun oyunlarını Azərbaycan təmsilçiləri heç-heçə ilə başa vurublar.
AZƏRTAC xəbər verir ki, Şəhriyar Məmmədyarov argentinalı Leandro Krysa, Vasif Durarbəyli italiyalı Pier Luigi Basso ilə “sülh”ə razılaşıblar. Dörd turdan sonra V.Durarbəyli 3,5 xalla dördüncü, Ş.Məmmədyarov 3 xalla 12-ci pillədədirlər.
“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb. Onlardan 116-sı qrossmeysterdir.

İdman 2020-01-24 23:12:00