×
A
A
A
Sazlamalar

Azərbaycan hakimləri Avropa Həndbol Federasiyası kuboku turnirinin qrup mərhələsinin oyununu idarə edəcəklər

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları növbəti təyinat alıblar.
AZƏRTAC xəbər verir ki, hakimlərimiz qadın həndbolçular arasında keçirilən Avropa Həndbol Federasiyası (AHF) kuboku turnirinin qrup mərhələsi çərçivəsində Rusiyanın “Lada” və Norveçin “Storhamar” komandalarının görüşünü idarə edəcəklər.
Yanvarın 25-də Tolyati şəhərinin “Olimp” idman kompleksində təşkil ediləcək qarşılaşmanın AHF-dən nümayəndəsi bolqarıstanlı Mixail Başev olacaq.

İdman 2020-01-24 21:05:00