Bolqarıstan iki rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib
Bakı, 24 yanvar, AZƏRTAC
Bolqarıstanın hakimiyyət orqanları casusluqda ittiham olunan iki Rusiya diplomatını arzuolunmaz şəxs elan edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiyanın bu ölkədəki səfiri Xarici işlər Nazirliyinə çağırılıb və ona bu barədə nota təqdim olunub. Arzuolunmaz şəxs elan edilənlər səfirliyin diplomatı və ticarət nümayəndəliyinin əməkdaşıdır.
Rusiyanın Bolqarıstandakı səfirliyinin məlumatına görə, diplomatların onların statusu ilə bir araya sığmayan fəaliyyəti haqqında heç bir dəlil-sübut təqdim edilməyib.
ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır
G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər
Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir
Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq
“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür