×
A
A
A
Sazlamalar

Almaniyada naməlum şəxsin açdığı atəş nəticəsində altı nəfər ölüb

Bakı, 24 yanvar, AZƏRTAC 

Bu gün günorta saatlarında Almaniyanın cənub-qərbində yerləşən Rot-am-Ze yaşayış məntəqəsində (Baden-Vyurtemberq torpağı) naməlum şəxs insanlara odlu silahdan atəş açıb.
AZƏRTAC Fokus nəşrinə istinadla xəbər verir ki, atışma nəticəsində azı altı nəfər həlak olub, iki nəfər isə yaralanıb. Polis hadisənin terror aktı olduğunu istisna edir. Hücumun məişət zəminində baş verdiyi, atəş açmaqda şübhəli bilinən şəxsin saxlandığı bildirilir.

Dünya 2020-01-24 18:55:00