×
A
A
A
Sazlamalar

Mariya Zaxarova: Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək

Bakı, 24 yanvar, AZƏRTAC
İnanıram ki, parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Secki-2020.az saytına açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu, məsləhət və ya tövsiyə deyil, sadəcə, mənim təmiz qəlbdən gələn arzumdur”, - deyə Zaxarova bildirib.

Siyasət 2020-01-24 17:38:00