×
A
A
A
Sazlamalar

Tramp miqrasiya qaydalarını sərtləşdirir

Bakı, 24 yanvar, AZƏRTAC

Tramp hökuməti hamilə qadınların ABŞ-da vətəndaşlıq almaq məqsədilə bu ölkəyə səyahət imkanlarını məhdudlaşdırır.
AZƏRTAC xəbər verir ki, ABŞ-da miqrasiya qanunvericiliyinə əsasən bu ölkədə dünyaya gəlmiş uşaqlar vətəndaşlıq əldə edə bilirlər. Həmin qayda anası bu ölkəyə turist kimi gələn uşaqlara da şamil edilir. Bunun qarşısını almaq məqsədilə Prezident Donald Tramp hamilə qadınların ABŞ-a viza verilməsi prosedurunu çətinləşdirmək istəyir. Dövlət Departamentinin hazırladığı yeni qanun layihəsinə əsasən, Birləşmiş Ştatlarda uşaq dünyaya gətirmək məqsədilə bu ölkəyə getmək istəyən hamilə qadınlara səyahət vizası verilməsinin qarşısının alınması nəzərdə tutulur.

Dünya 2020-01-24 17:31:00