×
A
A
A
Sazlamalar

Yuli Qusman: Azərbaycanın demokratik inkişafı parlament seçkilərindən sonra da davam edəcək

Bakı, 24 yanvar, AZƏRTAC

Seçkilər bütün cəmiyyətlərin inkişafında mühüm rola malikdir. Azərbaycan xalqına fevralın 9-da keçiriləcək parlament seçkilərində uğurlar arzulayıram. İnanıram ki, parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək.
AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Rusiyanın Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti, məşhur teatr və kino rejissoru Yuli Qusman bildirib.
“Əminəm ki, seçkilər ən yüksək səviyyədə və demokratik prinsiplər əsasında keçiriləcək”, – deyə Y.Qusman vurğulayıb.

Siyasət 2020-01-24 17:04:00