×
A
A
A
Sazlamalar

Birləşmiş Ərəb Əmirlikləri növbəti beş ildə Qlobal Gələcək Şurasının iclaslarını keçirəcək

Bakı, 24 yanvar, AZƏRTAC 

Davosda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti ilə Dünya İqtisadi Forumu arasında növbəti beş ildə Qlobal Gələcək Şurasının (Global Future Council) iclaslarının keçirilməsi barədə saziş imzalanıb.
AZƏRTAC Emirates informasiya agentliyinə istinadla xəbər verir ki, sənədin imzalanma mərasimində BƏƏ-nin Kabinet Məsələləri naziri Məhəmməd bin Abdullah Al Qerqavi və Dünya İqtisadi Forumunun icraçı sədri, professor Klaus Şvab iştirak ediblər. Sazişdə tərəflər arasında strateji tərəfdaşlıq və tədbirlərin keçirilməsi üzrə birgə fəaliyyət nəzərdə tutulur.
Qeyd olunub ki, Qlobal Gələcək Şurasının cari ilin noyabrında keçiriləcək ilk iclası Dubayda beynəlxalq təşkilatların və ölkələrin 600 nümayəndəsinin iştirakı ilə təşkil ediləcək “EXPO 2020” sərgisi ilə eyni vaxtda baş tutacaq. İclasda ekspertlər və alimlər qlobal iqtisadiyyatın inkişafı istiqamətlərini, yeni texnologiyaların tətbiqi məsələlərini müzakirə edəcəklər. Tədbir hökumətlərin dördüncü sənaye inqilabı və texnoloji nailiyyətlərin tətbiqi ilə bağlı fəaliyyətinin müzakirə olunacağı qlobal platforma olacaq.

Dünya 2020-01-24 16:58:00