×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanı Dünya İqtisadi Forumunun Yaxın Şərq sammitinə ev sahibliyi edəcək

Bakı, 24 yanvar, AZƏRTAC 

Səudiyyə Ərəbistanı Dünya İqtisadi Forumunun (WEF) Yaxın Şərq sammitinə ev sahibliyi edəcək. AZƏRTAC “Al Arabia” telekanalına istinadla xəbər verir ki, bu barədə Davosda keçirilən iclasda WEF-in prezidenti Borge Brende məlumat verib.
B.Brende qeyd edib ki, WEF-in növbəti Yaxın Şərq sammitinin aprelin 5-6-da Ər-Riyadda keçiriləcəyi nəzərdə tutulur. Onun sözlərinə görə, G20 ölkələri qrupunun katibliyi və onun rəhbərlik etdiyi forumun əsas məqsədi regionda iri sahibkarların fəaliyyətinin daha da genişləndirilməsi və onların qlobal bazarda fəallığının artırılmasıdır.
Eyni zamanda, ötən ilin dekabrında G20 qrupuna sədrlik etməyə başlayan Səudiyyə Ərəbistanı sammitə ev sahibliyi edəcək ilk ərəb ölkəsi olacaq. WEF-in Yaxın Şərq sammitinin mövzusu “Dördüncü Sənaye İnqilabı” olacaq. Sammit çərçivəsində keçiriləcək iclaslarda texnologiya sahəsində yeni nailiyyətlərin sənayeyə, hökumətlərin fəaliyyətinə və vətəndaş cəmiyyətlərinin işinə təsiri olacaq.
Diplomatlar və digər rəsmilər son on ildə G20 qrupunun fəaliyyətində Səudiyyə Ərəbistanının rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıblar.

Dünya 2020-01-24 15:37:00