×
A
A
A
Sazlamalar

Fransada pensiya islahatları əleyhinə nümayişlər davam edir

Paris, 24 yanvar, AZƏRTAC

Fransada pensiya islahatları əleyhinə tətil və nümayişlər davam edir. Tətillərin 51-ci günü CGT, FO, FSU, CFE-CGC, “Solidarités” kimi həmkarlar və gənclər təşkilatları nümayişləri davam etdirərək, islahatlar layihəsinin tamamilə geri götürülməsini tələb ediblər.
AZƏRTAC xəbər verir ki, peşələrarası nümayişin 7-ci günü bütün sahələrdə işlər dayandırılıb və etirazlar müxtəlif formalarda davam edir. Aparılan rəy sorğularının nəticələrinə görə, həmkarlar təşkilatları ictimai rəyin onların tərəfində olduğunu bildiriblər. Əhalinin 61 faizi həmkarlar təşkilatlarını dəstəklədiklərini bəyan edib.
Nümayişçilər gecələr məşəllərlə etirazlarını davam etdirilər. Polis Parisdə təhlükəsizliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görür.


Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2020-01-24 15:30:00