×
A
A
A
Sazlamalar

Portuqaliya hökuməti məişət zorakılığına qarşı mübarizəyə 20,3 milyon avro ayırıb

Lissabon, 24 yanvar, AZƏRTAC

Portuqaliyada məişət zorakılığına qarşı mübarizənin ümumi büdcəsi 2020-ci ildə 20,3 milyon avro təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Baş Nazirin dövlət katibinin müavini Mariana Viyera da Silva bildirib. O, bu sahədə dövlət büdcəsinin 2017-ci illə müqayisədə 25 faiz artdığını qeyd edib.
Büdcə zərərçəkmişlərə televiziya vasitəsilə yardım göstərilməsi, müdafiənin xüsusi formasını təmin edən texniki vasitələrin toplanması, psixososioloji dəstəyin həyata keçirilməsi üçün 3500 vahid avadanlıq satın alınmasını nəzərdə tutur.

 

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Dünya 2020-01-24 15:29:00