×
A
A
A
Sazlamalar

Ermənistan ordusunda müqavilə əsasında qulluq edən hərbçilər xidmətdən boyun qaçırırlar

Bakı, 24 yanvar, AZƏRTAC

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində mövcud olan acınacaqlı vəziyyət, fiziki və mənəvi təzyiqlərə məruz qalma səbəbindən tərxis olunaraq xidmətdən getmək istəyən hərbi qulluqçuların sayı son vaxtlar xeyli artıb.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, komandanlıq tərxis olunmaq üçün müraciət edənlərin çox olması və şəxsi heyətin çatışmazlığı səbəbindən bu addımı atmaq istəyənləri müxtəlif bəhanələrlə ehtiyata buraxmaqdan imtina edir, onları zorla hərbi hissədə saxlamağa çalışır.
Sisyanda yerləşən hərbi hissədə müqavilə əsasında xidmət edən Gevorq Balayan da bir neçə hərbi qulluqçu ilə birlikdə ordu sıralarından tərxis olunmaq üçün raportla müraciət edib. Lakin 4-cü ordu komandanlığı bu müraciətləri qulaqardına vuraraq, müqavilə əsasında qulluq edən hərbçiləri ehtiyata buraxmaqdan imtina edir. Lakin G.Balayan ordu sıralarından tərxis edilmək üçün sonadək mübarizə apararaq hərbi xidmətdən uzaqlaşacağını bildirib.

Dünya 2020-01-24 14:17:00