×
A
A
A
Sazlamalar

Hər tələbə özünə “Bir könüllü” profili yarada bilər

Bakı, 24 yanvar, AZƏRTAC 

Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının 23 mindən çox üzvü var. Proqram Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Şəki, Masallı, Lənkəran, Şamaxı, Ağdam, Göyçay, Qubada yerləşən 26 ali və 18 orta ixtisas təhsili müəssisəsini əhatə edir. Habelə 25 özəl və dövlət qurumu, 20 beynəlxalq və yerli təşkilatla tərəfdaşdır.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, hər bir tələbə proqrama qoşulmaq üçün www.konullu.edu.az  saytı vasitəsilə qeydiyyatdan keçərək özünə “Bir könüllü” profili yarada bilər.
Qeyd edək ki, “Bir” tələbə-könüllü proqramı 2015-ci il dekabrın 14-də Təhsil Nazirliyi tərəfindən Azərbaycanın siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq, tələbələrin dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsi üçün yaradılmış uzunmüddətli proqramdır. Yarandığı gündən indiyədək bu proqrama qoşulanlar 520-dən çox mühüm dövlət və beynəlxalq tədbirlərdə iştirak ediblər.

Elm və təhsil 2020-01-24 14:13:00