×
A
A
A
Sazlamalar

Yanğından zərər görmüş Paris Notr-Dam kilsəsində sərgi təşkil olunacaq

Bakı, 24 yanvar, AZƏRTAC

2020-ci ilin yay aylarında parislilər və şəhərin qonaqları Paris Notr-Dam kilsəsinin yanğından zərər görmüş sənət əsərləri və dini əşyaları ilə tanış ola biləcəklər.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Parisin arxiyepiskopu Mişel Opetinin kilsənin bərpası üzrə dövlət komitəsindəki nümayəndəsi, keşiş Jil Druen mətbuata açıqlamasında bildirib.
Qeyd olunub ki, sərgidə kilsə sənəti nümunəsinin və katoliklərin 150 eksponatı nümayiş etdiriləcək.
Hazırlıqlarına başlanılan sərgi “Noterdamı yenidən görmək. Məbədin xəzinəsi onun divarlarından kənarda” adlanacaq.
Vurğulanıb ki, ekspozisiyalar məşhur kilsənin yerləşdiyi ərazinin yaxınlığında nümayiş etdiriləcək. Sərgiyə giriş pulsuz olacaq. Ziyarətə gələn şəxslərin yanğından xəsarət almış məbədin bərpası üçün ianə vermək imkanı olacaq.

Dünya 2020-01-24 14:06:00