×
A
A
A
Sazlamalar

“Ulduz” komandası Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Bakı, 24 yanvar, AZƏRTAC

İtaliyanın Vigevano şəhərində eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında təşkil olunan Çempionlar Liqasında çıxış edən “Ulduz” futzal komandası növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Belçikanın “Çarleroi” klubu ilə qarşılaşan təmsilçimiz qələbə qazanıb-4:3.
“Ulduz” turnirdə növbəti oyununu bu gün keçirəcək. Macarıstanın “Budapeşt” komandası ilə qarşılaşma yerli vaxtla saat 16:00-da başlayacaq.
Qeyd edək ki, ötən mərhələdə Polşanın “Krakov” komandası ilə qarşılaşan “Ulduz” 9:8 hesablı qələbə qazanıb.

İdman 2020-01-24 13:58:00