×
A
A
A
Sazlamalar

Tibb müəssisələrində HR sisteminin biznesə faydaları müzakirə olunub

Bakı, 24 yanvar, AZƏRTAC

Tibb müəssisələrində HR (insan resursları) sisteminin biznesə faydaları müzakirə edilib.
Mərkəzi Gömrük Hospitalından AZƏRTAC-a bildirilib ki, ölkəmizdə faliyyət göstərən bir sıra tibb müəssisələrinin HR menecerlərinin iştirakı ilə "HR Meetup" tədbiri keçirilib. Məqsəd səhiyyə sahəsində çalışan HR mütəxəssislərini bir araya toplamaq, bu sahədə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmaq və ayrı-ayrı tibb müəssisələrində tətbiq edilən HR alətləri ilə tanış olmaqdır. Hospitalın ümumi məsələlər üzrə rəis müavini Ceyla Əhmədxanova HR sahəsində aparılan müasir metodların əhəmiyyətindən danışıb.
"Opalus Partners Group" şirkətinin rəhbəri Çimnaz Qasımova “Müasir HR nədir” mövzusunda təqdimatla çıxış edərək müasir dövrdə tibb müəssisələrində HR sisteminin təşkili, əhəmiyyəti, biznesə gətirdiyi faydaları və motivasiya metodları barədə məlumar verib.
Dövlət Gömrük Komitəsinin İnsan resursları idarəsinin rəis müavini Gülnar Yusifbəyli "Səhiyyə sistemində çalışanların iş performansının xəstə məmnuniyyətinə təsiri" mövzusunda çıxış edərək xəstə məmnuniyyətinin, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində personalın performansının böyük rolu olduğunu vurğulayıb. Qeyd edib ki, xəstə məmnuniyyətinə təsir edən amillərin təhlil edilməsi, problemin həlli yollarının tapılması və müzakirə olunması tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində çox önəmli addımlar olacaq. Bu isə öz növbəsində sağlam cəmiyyətin təməli deməkdir.
Sonda HR menecerlər mövzu ilə bağlı qabaqcıl təcrübələrini bölüşüblər.

Cəmiyyət 2020-01-24 13:53:00