×
A
A
A
Sazlamalar

“Neftçi” və “Keşlə” klubları Antalyada sonuncu yoxlama oyununu keçirəcəklər

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Bakının “Neftçi” və “Keşlə” klubları Antalyada sonuncu yoxlama oyununu keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Keşlə” Slovakiyanın “Zemplin” klubu ilə qarşılaşacaq. Digər paytaxt təmsilçisi “Neftçi” isə Ukraynanın “Desna” klubu ilə üz-üzə gələcək.
Xatırladaq ki, “Neftçi” bundan əvvəlki hər iki yoxlama oyununda məğlub olub. Paytaxt təmsilçisi ilk matçda Polşanın “LSK Lodz” komandasına 0:4, ikinci görüşündə isə Ukraynanın “Dinamo Kiyev” klubuna 1:2 hesabı ilə məğlub olub. “Keşlə” isə ilk oyunda Almaniyanın aşağı liqa klubu “Zvikau”ya 1:4, ikinci matçda isə Rusiyanın “Arsenal” komandasına 1:2 hesabı ilə uduzub.

İdman 2020-01-24 13:47:00