×
A
A
A
Sazlamalar

Şahmatçılarımız Cəbəllütariqdə “Masters” turnirinin dördüncü turunda mübarizə aparacaqlar

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalının “Masters” turnirinin dördüncü turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, növbəti turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov argentinalı Leandro Krysa, Vasif Durarbəyli italiyalı Pier Luigi Basso, Günay Məmmədzadə hindistanlı Krişnan Sasikiran ilə mübarizə aparacaqlar. Üç turdan sonra V.Durarbəyli maksimum xalla ikinci pillədə qərarlaşıb. Komandamızın digər üzvləri Ş.Məmmədyarov 2,5, G.Məmmədzadə isə 2 xal toplayıblar.
“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb. Onlardan 116-sı qrossmeysterdir.

İdman 2020-01-24 13:37:00