×
A
A
A
Sazlamalar

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Saatlı rayonunda vətəndaşları qəbul edəcək

Bakı, 24 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Saatlı rayonunda vətəndaşları qəbul edəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbul yanvar ayının 31-də, saat 11:00-da, Saatlı şəhəri Gənclər Mərkəzində (ünvan: H.Zərdabi küçəsi, 71a) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şirvan regional bölməsinə (ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti, 19 ) müraciət etmələri (əlaqə telefonu: (021)215-15-23) xahiş olunur.
Bundan əlavə, qəbula gəlmək istəyənlər yanvarın 24-30 tarixlərində saat 10:00-dan 17:00-dək Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayon Təhsil şöbələrinə müraciət etməklə də qeydiyyatdan keçə bilərlər.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Elm və təhsil 2020-01-24 13:18:00