×
A
A
A
Sazlamalar

Ermənistan ordusunun əsgəri xəsarət alıb

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində müxtəlif səbəblərdən xəsarət alan əsgərlərin sayı durmadan artır. Lakin hərbçilərin ağır xəsarətlər almalarına baxmayaraq, həkimlərin və komandirlərin səhlənkarlığı nəticəsində müalicə olunmamaları əsgər ailələrinin əsas dərdinə çevrilib.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, hərbi hissələrdən birinin əsgəri Qor Antapyan müəmmalı şəraitdə ayağından xəsarət alıb. Bu azmış kimi, Q.Antapyan həkimlərin səhlənkarlığı səbəbindən müalicə olunmur. Əsgərin valideynlərinin dəfələrlə xahiş etmələrinə baxmayaraq, yaralı əsgər hərbi hospitala göndərilmir. Hadisə ictimaiyyətdən gizlədilir və faktla bağlı heç bir araşdırma aparılmır.

Dünya 2020-01-24 13:05:00